Fransa koronavirusla əlaqədar bələdiyyə seçkilərini ləğv etməyi planlaşdırmır

Fransa koronavirusla əlaqədar bələdiyyə seçkilərini ləğv etməyi planlaşdırmır
# 15 mart 2020 04:10 (UTC +04:00)

Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə hökumət tərəfindən görülən tədbirlər fonunda bələdiyyə seçkilərinin ilk turu keçiriləcək.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Edouar Filipp şənbə günü açıqlamasında deyib.

O bildirib ki, bələdiyyə seçkilərinin ilk turu sabah (bu gün-red.) seçicilər arasında məsafənin müəyyən edilmiş qaydalara ciddi riayət edilməklə baş tutacaq: “Bu şərtlərdə səsvermə əvvəlcədən planlaşdırıldığı kimi keçiriləcək və fransızlar sakit şəkildə öz vətəndaş mövqelərini nümayiş etdirəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR