Fransada COVID-19-dan ölənlərin sayı 40 mini keçib

Fransada COVID-19-dan ölənlərin sayı 40 mini keçib
# 08 noyabr 2020 03:16 (UTC +04:00)

Fransada koronavirusdan 40 mindən çox insan ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, ümumilikdə, epidemiya dövründə xəstəxanalarda 27660 nəfər dünyasını dəyişib.

Ölkədə yoluxma sayı 1 748 705 nəfərdir. Son 1 həftədə 20 009 nəfər koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 3003-nün vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR