Fransada yeddinci gündür reanimasiyaya qəbul olunanların sayı azalmaqdadır

#
# 23:03
15 aprel 2020

 

“Fransada bu günədək 106206 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı isə 1438 nəfər artaraq ümumilkdə 17167 nəfər olub”. 

APA TASS-a istinadən xəbər verir ki, bunu Fransa Səhiyyə Baş İdarəsinin direktoru Jerome Salomon bildirib.

Ölkədə koronavirusun hələ də aktiv mərhələdə olduğunu deyən Saloman vətəndaşlara xitabən vurğulayıb ki, ayıq olmalıyıq: 

“Hazırda təxminən, 32 min koronavirusa yoluxmuş şəxs xəstəxanalarda müalicə olunur. Reanimasiya şöbəsinə demək olar ki, 6,5 min nəfər yerləşdirilib. Son 24 saat ərzində isə 263 nəfər qəbul edilib. Yeddinci gündür reanimasiyaya qəbul olunanların sayı azalmaqdadır”. 

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron aprelin 13-də televiziya vastəsilə xalqa müarciətində ölkədə karantin rejiminin mayın 11-dək davam edəcəyini bildirib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR