Fəxrəddin Qoca: “Türkiyə COVİD-19-la mübarizənin ilk mərhələsini uğurla tamamladı”

Fəxrəddin Qoca: “Türkiyə COVİD-19-la mübarizənin ilk mərhələsini uğurla tamamladı”
# 06 may 2020 19:10 (UTC +04:00)

“Türkiyə COVİD-19-la mübarizənin ilk mərhələsini uğurla tamamlayıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun iclasından sonra deyib.

Nazirin sözlərinə görə, hazırda Türkiyə COVİD-19-la mübarizənin ikinci mərhələsinə - nəzarətli sosial həyat mərhələsinə keçib. Bu mərhələdə maska ilə küçəyə çıxmaq, sosial məsafəni gözləmək və gigiyenik tələblərə əməl etmək şərtləri daha geniş sahədə nəzərə alınmalıdır: “Hazırda yeni mərhələnin ilk günlərindəyik. Uğurlarımız tədbirlərə və qaydalara düzgün əməl etməyimizdən asılıdır".

F.Qoca bildirib ki, pandemiya sonrası cəmiyyət əvvəlki normal həyata dönməyəcək, əksinə, yeni həyatın normalarına hazırlıq mərhələlərinə keçid olacaq: “Pandemiya xəstəliyi qarşısında qazandığımız təcrübəni unutmamalıyıq. COVID-19 ikinci dünya savaşından sonra bütün dünya üçün problemə çevrilən ilk hadisədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR