Gürcüstan DTX-nın rəisi: “Qarabağ müharibəsi qarşıda duran ən böyük təhlükəsizlik çağırışı olub”

#
# 18:01
29 aprel 2021

Qarabağda döyüş əməliyyatlarının fonunda maraqlı tərəflər Gürcüstana mümkün qədər zərər vermək üçün bütün vasitələrdən istifadə ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, maraqlı tərəflər Gürcüstana qarşı informasiya müharibəsi açaraq müharibənin ölkə üçün dağıdıcı olmasına çalışıblar.

Q. Liluaşvili vurğulayıb ki, Qarabağ müharibəsi 2020-ci ildə regional kontekstdə Gürcüstanın qarşısında duran ən böyük təhlükəsizlik çağırışı olub və ölkə bunun öhdəsindən müvəffəqiyyətlə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR