Gürcüstan müxalifəti etiraz aksiyalarını dayandırıb

Gürcüstan müxalifəti etiraz aksiyalarını dayandırıb
# 09 mart 2020 12:15 (UTC +04:00)

Gürcüstan müxalifəti hakim partiyaya qarşı etiraz aksiyalarını dayandırdığını bəyan edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib. O deyib ki, ötən gün hakim “Gürcü Arzusu” Partiyası ilə razılığın əldə edilməsindən sonra müxalifət etiraz aksiyalarına moratorium elan ediləcək.

Qeyd edək ki, ötən il iyunun 21-dən Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarında 2020-ci ildə parlament seçkilərinin proporsional (partiya siyahısı) sistemlə keçirilməsi tələb edilib. Ötən gün ABŞ-ın bu ölkədəki səfirliyində müxalifətlə hakim partiya arasında keçirilən görüşdən sonra 2020-ci ilin payızında keçiriləcək seçkilərin 120 yer proporsional və 30 yer majoritar olmaqla, 1% baryerlə keçirilməsi barədə razılığa gəlinib. Razılığa əsasən, ümumi səslərin 40%-dən çoxunu toplaya bilməyən partiya parlament çoxluğu sayılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR