İbrahim Kalın Co Baydenə cavab verib

İbrahim Kalın Co Baydenə cavab verib
# 30 sentyabr 2020 16:28 (UTC +04:00)

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ prezidentliyinə namizəd Co Baydenin Dağlıq Qarabağla bağlı paylaşımına cavab verib.

APA-nın məlumatına görə , o bu barədə öz “twitter” səhifəsində payaşım edib.

Prezidentin sözçüsü Baydenin sözlərinə "Ermənistandan da işğalı dayandırmasını istəyərdinizmi? Yoxsa, erməni lobbisinin qaralama kampaniyalarına baş əyərdiniz" sualları ilə reaksiya verib.

Qeyd edək ki, Co Bayden bildirib ki, Tramp administrasiyası vəziyyəti gərginləşdirmək üçün təcili olaraq Ermənistan və Azərbaycan liderlərini çağırmalıdır: “Türkiyə kimi digərlərindən də bu münaqişədən kənar qalması tələb edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR