İtaliyada daha 217 nəfər koronavirusdan ölüb

İtaliyada daha 217 nəfər koronavirusdan ölüb
# 25 aprel 2021 23:53 (UTC +04:00)

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 13 158 nəfərin yoluxduğu təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 217 nəfər bu virusdan ölüb.

Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 119 238 nəfərə çatıb. Ölkədə hazırda 461 212 aktiv koronavirus xəstəsi var, onlardan 2862-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 962 674 nəfərdən 3 382 224 (son sutkada 13 176 nəfər) sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR