İtaliyada koronavirusa yoluxanları sayı 1600 nəfəri keçib

İtaliyada koronavirusa yoluxanları sayı 1600 nəfəri keçib
# 01 mart 2020 22:21 (UTC +04:00)

İtaliyada bu günə qədər koronavirusun yeni növünə yoluxanların sayı 1694 nəfərə çatıb, 34 nəfər bu virusdan ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli açıqlama verib.

“Hazırda bizdə 1694 yoluxmuş insan var, təxminən 51% -i evdə karantindədir, onlarda xəstəliyin ciddi əlamətləri yoxdur”, - deyə Borrelli bildirib.

O, 34 nəfərin öldüyünü, 80-dən çox insanın sağaldığını da qeyd edib. Borrelli yoluxanların ümumi sayının 9%-nin reanimasiya şöbələrində olduğunu da əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR