İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb

İtaliyada son sutkada koronavirusdan 30 nəfər ölüb
# 25 iyun 2020 04:26 (UTC +04:00)

İtaliyada son sutka ərzində koronavirusdan 30 nəfər dünyasını dəyişib, 918 nəfər yeni virusa yoluxub.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə ölənlərin ümumi sayı 34644-ə çatıb. Yoluxanların ümumi sayı 239 min nəfər, sağalanların sayı 186 min nəfərdır.

Ən çox ölüm və yoluxma sayı Şimal Lombardiya bölgəsində qeydə alınıb. Burada son 24 saat ərzində 88 yeni yoluxma, 7 ölüm qeydə alınıb.

Ölənlərin ümumi sayı isə 16 588 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR