Londonda ticarət mərkəzində kütləvi dava olub, 1 nəfər bıçaqlanaraq öldürülüb

Londonda ticarət mərkəzində kütləvi dava olub, 1 nəfər bıçaqlanaraq öldürülüb
# 05 may 2021 08:21 (UTC +04:00)

Londonda “Brent Cross” ticarət mərkəzində kütləvi dava baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Dava zamanı 21 yaşlı gənc bıçaqlanaraq öldürülüb. Polis hadisə ilə əlaqədar bir nəfəri qətldə, bir nəfəri isə davada iştirakda şübhəli bilərək saxlayıb.

Xatırladaq daha əvvəl “Apple” mağazasında bıçaqlanma hadisəsi olmuşdu. Ticarət mərkəzində olanlar evakuasiya edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR