Marneulidə "İşğala son - Qarabağa azadlıq, sonra sülh" aksiyası keçirilir - FOTO

#
# 12:44
26 iyul 2020

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda Azərbaycan ərazilərinin işğalına son verilməsi tələbi ilə "İşğala son - Qarabağa azadlıq, sonra sülh" adlı aksiya keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Marneulinin mərkəzində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qarşısında keçirilən aksiyada Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin işğalına son verməsi tələb edilib.

Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın  bu mübarizədə Azərbaycanla həmrəy olduğu bildiriblər. Onlar sülhün yalnız işğala son verilməsindən sonra mümkün olacağını vurğulayıblar.

Aksiyada Ermənistan silahlı qüvvələrinin son illərdə törətdiyi təxribatlar nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin və mülki şəxslərin şəkilləri nümayiş edilib, iştirakçılar həmçinin beynəlxalq aləmdən Xocalıya ədalət tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR