Quterreş Trampın ÜST-lə bağlı qərarını qınayıb

Quterreş Trampın ÜST-lə bağlı qərarını qınayıb
# 15 aprel 2020 07:09 (UTC +04:00)

BMT-nin Baş katibi Antoniu Quterreş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin dayandırılması haqqında ABŞ Prezidenti Donald Trampın dediklərinə münasibət bildirib.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, Quterreş deyib ki, “hazırda ÜST və digər humanitar təşkilatlara ayrılan resursların dayandırılmasının heç zamanı deyil”.

Quterreş növbəti dəfə qeyd edib ki, indi beynəlxalq ictimaiyyətin COVID-19 və onun fəsadlarına qarşı birlik və həmrəylik halında işləyə bilməsinin vaxtı çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR