RSXM Gürcüstan-Azərbaycan sərhədindəki zəlzələ ilə bağlı məlumat yayıb - YENİLƏNİB

#
# 13:25
22 sentyabr 2020

Bu gün saat 12:35-də Zaqatala stansiyasından 23 km şimal qərbdə, Balakən rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

***

13:00

Gürcüstan-Azərbaycan sərhədində, Laqodexi rayonunda 3.3 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilirb ki, zəlzələ yerli vaxtla 12:35-də qeydə alınıb. Zəlzələnin episentrinin Laqodexi yaxınlığında qeydə alındığı bildirilir.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR