Şahzadə Filip dəfn edilib

Şahzadə Filip dəfn edilib
# 17 aprel 2021 18:53 (UTC +04:00)

Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip bu gün Vindsor Sarayında müqəddəs Georgi kilsəsində dəfn edilib.

APA-nın Britaniya bürosu xəbər verir ki, dəfn koronavirus tədbirlərinə görə, ictimaiyyətə bağlı keçirilsə də, sarayın önündə yüzlərlə insan toplaşıb. Polis xüsusi təhlükəsizliklik tədbirləri görüb.

Dəfn mərasimində 30 nəfər iştirak edib.

Qeyd edək ki, Edinburq Hersoqu Şahzadə Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR