Türkiyədə sentyabrın 21-dən bəzi məktəblərdə əyani dərslərə başlanacaq

#
# 13:36
29 avqust 2020

"Əyani təhsil nə qədər keyfiyyətli olsa da, avqustun 31-də yeni tədris ilinə məsafədən təhsillə başlayırıq. Türkiyə məsafədən təhsilə çox önəm verərək və sahib çıxaraq məktəblilərimizin internet üzərindən təhsilin bütün imkanlarından faydalanmasına şərait yaradacaq".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Təhsil naziri Ziya Selçuk yeni tədris ili öncəsi İstanbulda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir deyib ki, Türkiyədə sentyabrın 21-də əsasən ibtidai siniflər olmaqla öncədən müəyyənləşdirilmiş bəzi siniflərdə əyani təhsil başlanacaq.

Z. Selçuk yeni növ koronavirusla (COVID-19) mübarizədə ən təhlükəsiz yer məktəblərin olduğunu bildirib: "Xalqımız bilsin ki, heç bir məktəblimiz və müəllimimizin həyatını riskə atmayacağıq. Pandemiya ilə mübarizə üçün dezinfeksiyaedici vasitələrin və  maskaların təhsil sahəsində kütləvi istehsalı olduğu üçün, bununla əlaqədar heç bir problem yaşamırıq. Elm Qurumu nə zaman əyani təhsilin başlanmasını təklif etsə, o zaman da ölkə boyu əyani tədris başlanacaq".

Nazir onu da qeyd edib ki, məsafədən təhsildə öyrənilən dərslərin növbəti imtahan suallarına salınması nəzərdə tutulur.

Ölkəsində 16 mln. məktəblinin internet üzərindən təhsilə əlçatanlığının tam təmin olunduğunu vurğulayan Z. Selçuk bu məsələdə 1,5 mln. məktəblinin yaşadığı problemi aradan qaldırmaq üçün tədbirlərin davam etdiyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR