ÜST: COVID-19 peyvəndi üçün sınaqlar daha geniş miqyasda aparılmalıdır

ÜST: COVID-19 peyvəndi üçün sınaqlar daha geniş miqyasda aparılmalıdır
# 21 iyul 2020 01:22 (UTC +04:00)

“Oksford Universitetinin mütəxəssisləri tərəfindən COVID-19-la mübarizə çərçivəsində yeni kəşf edilən peyvəndə görə onları təbrik edirəm, lakin tam müvəffəqiyyət əldə etmək üçün çox vaxt tələb olunur”.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallar proqramının direktoru Mayk Rayan Cenevrədə keçirilən brifinqdə bildirib.

O, əlavə edib ki, hazırda sınaqlar daha geniş miqyasda aparılmalıdır: “İndiyə qədər 23 potensial peyvənd hazırlanıb. Ancaq daha dəqiq və keyfiyyətli peyvəndin kəşf edilməsi zəruridir. Bu istiqamətdə çox vacib mərhələyə keçidi görmək müsbət haldır".

ÜST-ün direktoru Tedros Adhanom Qebreyesus isə öz növbəsində müvəffəqiyyətli vaksinlərin hamı üçün əlçatan olmasının vacibliyini vurğulayıb.

ÜST rəhbəri qeyd edib ki, bir çox ölkə gözlənilən peyvənd hazır olduqdan sonra qiymətindən asılı olmayaraq onun bütün insanlar arasında bərabər paylanılmasının tərəfdarı olduğu halda, digərləri bunun əksini düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR