Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi koronavirusa yoluxub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi koronavirusa yoluxub
# 10 sentyabr 2020 16:46 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Ruslan Homçak yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Mətbuat xidmətinin məlumatına görə, general-polkovnik Homçakın analizinin nəticəsi müsbət çıxıb və o, 14 gün müddətində karantində olacaq.

Qeyd edək ki, indiyə qədər Ukraynada 145612 nəfər koronavirusa yoluxub. Onlardan 3023 nəfər vəfat edib. Hazırda 76712 koronavirus daşıyıcısı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR