Vyanada strateji sabitlik və silahlara nəzarət mövzusunda ABŞ-Rusiya danışıqları keçirilir

Vyanada strateji sabitlik və silahlara nəzarət mövzusunda ABŞ-Rusiya danışıqları keçirilir
# 17 avqust 2020 12:38 (UTC +04:00)

Vyanada strateji sabitlik və silahlara nəzarət mövzusunda ABŞ və Rusiya arasında danışıqlar keçirilir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, ABŞ nümayəndə heyətinə isə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müşaviri Marşal Billingslea rəhbərlik edir.

Avqustun 17 və 18-i davam edəcək görüş bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, S. Ryabkov və M. Billingsleanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında danışıqların ilk mərhələsi iyunun 22-də keçirilib. İyunda baş tutan danışıqlarından sonra tərəflər strateji sabitlik mövzusunda bir neçə birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. İyulun 27-30-da iki ölkənin diplomatlarını və müdafiə nazirliklərini təmsil edən üç ekspert - kosmik təhlükəsizlik, doktrinalar və imkanlar, şəffaflıq və yoxlama üzrə işçi qrupları arasında danışıqlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR