Zelenski və Makron arasında telefon danışığı olub

Zelenski və Makron arasında telefon danışığı olub
# 27 aprel 2020 17:20 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

"Prezidentlər koronavirus pandemiyası ilə bağlı hər iki ölkədəki vəziyyəti müzakirə ediblər. Vladimir Zelenski Ukraynanın hazırda COVİD-19 pandemiyasının mərkəzində olan Fransa ilə həmrəy olduğunu bildirib. Dövlət başçıları pandemiyanın nəticələrinin aradan qaldırılması və iqtisadi fəaliyyətin bərpası üçün səylərin əlaqələndirilməsinin zəruriliyi barədə razılaşıblar", - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.

Prezidentlər epidemioloji vəziyyət normallaşdıqdan sonra ikitərəfli əməkdaşlığın dinamikasınının bərpa olunmasında maraqlı olduqlarını qeyd ediblər.

Mətbuat xidmətinin məlumatına görə, Fransa Prezidenti Ukraynaya səfər etmək niyyətini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR