ABŞ dövlət katibi Ukrayna xarici işlər naziri ilə görüşüb

Entoni Blinken və Dmitri Kuleba

© APA | Entoni Blinken və Dmitri Kuleba

# 06 may 2021 11:15 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN başçısı "Twitter" hesabında bildirib.

“Mərkəzi Avropa və Qara dəniz regionunda demokratik müttəfiqlər olaraq Ukrayna ilə ABŞ arasındakı əlaqələrin güclənməsi hər iki xalqın və Avroatlantik bölgənin təhlükəsizliyinə və firavanlığına böyük töhfə verir”, - deyə Dmitri Kuleba vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi E. Blinken Ukraynada səfərdədir. O, səfəri çərçivəsində Ukrayna Prezidenti və Baş naziri ilə də görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR