Aİ XİN başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək

Aİ XİN başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək

© APA | Cozep Borrell

# 16 may 2021 12:31 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Qəzza ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar fövqəladə iclası keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib.

“İsraillə Fələstin arasında davam edən gərginlik və mülki itkilərin sayının qəbuledilməz olduğunu nəzərə alaraq, mayın 18-də Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin fövqəladə iclasını çağırıram. Biz Aİ-nin mövcud zorakılığın sona çatmasına necə töhfə verə biləcəyini müzakirə edəcəyik”, - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

XİN başçılarının iclası videokonfrans formatında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR