Çexiya XİN Rusiyanın dost olmayan ölkələr siyahısına daxil edilməsinə münasibət bildirib

Çexiya XİN Rusiyanın dost olmayan ölkələr siyahısına daxil edilməsinə münasibət bildirib
# 15 may 2021 08:22 (UTC +04:00)

“Rusiyanın Çexiyanı dost olmayan ölkələr siyahısına daxil etməsini, təkcə Praqa ilə deyil, həm də Avropa Birliyi və müttəfiqləri ilə münasibətləri gərginləşdirən addım kimi qiymətləndiririk”.

APA RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Bundan əlavə, Rusiyanın bu qərarı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına, xüsusən də imzaladığı diplomatik nümayəndəliklərin düzgün işləməsini təmin etmək öhdəliyi və dövlətlərarası ayrıseçkiliyə yol verilməməsi prinsipinə tamamilə ziddir”, Çexiya XİN-in açıqlamasında bildirilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR