Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”
# 13 may 2021 13:02 (UTC +04:00)

“Türkiyə Silahlı Qüvvələrinin tək məqsədi terrorçulara qarşı mübarizədir. Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Hatayda hərbi hava donanmasının hərbçiləri ilə görüşündə bildirib.

H.Akar deyib ki, 23 apreldən İraqın şimalında başladılan “Pəncə Şimşək” və “Pəncə İldırım” əməliyyatları da uğurla davam edir: “Bu əməliyyatlarda 105 terrorçu, 291 partlayıcı, 89 mağara və sığınacaq, silah-sursat anbarları planlandığı şəkildə zərərsizləşdirilib və bu mübarizəmiz əzmlə davam etməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR