Qubernator: “Dmanisidə vəziyyət sakitləşib, gərginlik davam etməyəcək”

Qubernator: “Dmanisidə vəziyyət sakitləşib, gərginlik davam etməyəcək”

© APA | Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili

# 17 may 2021 16:28 (UTC +04:00)

Dmanisidə vəziyyət sakitləşib və gərginliyin davam etməsi gözlənilmir.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vəziyyətin təhlil edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə gürcü və azərbaycanlı icmaların nümayəndələri, mənəvi liderlər və gənclərlə görüşlər davam etdirilir.

Ş. Rexviaşvili qeyd edib ki, baş verən insidentlə əlaqədar cinayət işi başlanıb.

Qeyd edək ki, Dmanisinin girişinə çox sayda polis qüvvəsi cəlb edilib. Patrul polisi və xüsusi təyinatlı polis dəstələri rayona giriş-çıxışı bloklayıblar.

Xatırladaq ki, ötən gün azərbaycanlıların yığcam yaşadığı Dmanisidə kütləvi dava olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR