Ərdoğan: “Məktəblərdə əyani təhsillə distant təhsil birlikdə olacaq”

Ərdoğan: “Məktəblərdə əyani təhsillə distant təhsil birlikdə olacaq”
# 07 sentyabr 2020 21:37 (UTC +04:00)

“Valideynlərin seçiminə görə məktəbləri yeni tədris ilinə açıq elan etdik. Əyani təhsillə distant təhsil birlikdə olacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident Administrasiyasında keçirilən növbəti toplantısından sonra çıxış edərkən belə deyib.

Prezident yeni növ koronavirusla (COVID-19) mübarizədə daha yaxşı həll yolu tapılana qədər gigiyena, maska və sosial məsafə qaydalarına ciddi şəkildə əməl etmənin vacib olduğunu deyib: “Bir milyon 100 min səhiyyə işçimiz sağlamlığımızın keşiyində layiqincə durur. Lakin vətəndaşlarımız tədbirlərə düzgün əməl etməyincə xəstəliyə qalib gəlməmiz mümkün deyil. COVID-19-a gündəlik yoluxma sayını 100-dən aşağı düşürməliyik”.

Ərdoğan Türkiyədə kafe və restoranlarda qaydaların sərtləşdiriləcəyini, ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına yol verilməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR