Qrant Dinkin qətlində təqsirləndirilən şəxs cinayətdən əvvəl ona Cennifer Lopezin telefon açdığını deyib

Qrant Dinkin qətlində təqsirləndirilən şəxs cinayətdən əvvəl ona Cennifer Lopezin telefon açdığını deyib
# 07 iyul 2008 14:05 (UTC +04:00)
İstanbul APA. Bu gün İstanbulda erməni dilində nəşr olunan “Aqos” qəzetinin baş redaktoru Qrant Dinkin qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, qətldə təqsirləndirilən Ogün Samast və Ərhan Tuncelin məhkəməyə verdikləri ifadələr salonda gülüşə səbəb olub. İlk dəfə mətbuat üçün açıq keçirilən prosesdə təqsirləndirilən Yasin Hayalın vəkili Fuad Turqut O. Samast və Ə. Tuncelə suallar verib. O, Ə. Tuncelə qətldən əvvəl tez-tez Əskişəhərdə yaşayan sevgilisinin yanına gedib-gəldiyini xatırladaraq ondan sevgilisinin israilli olub-olmadığını soruşub. Ə. Tuncel əvvəlcə sualdan qəzəblənib: “Suala cavab vermirəm. Bu, adət-ənənələrimizə ziddir. Mən sizdən həyat yoldaşınızla bağlı nəsə soruşuram?” Ancaq bir qədər sonra o, sevgilisinin İsrail prezidentinin qızı olduğunu söyləyib. Vəkil F. Turqut “Aqos” qəzeti redaksiyasının önündə olarkən O. Samasta iki zəng gəldiyini, telefon edənlərdən birinin “Zaman” qəzetinin yazarı, hazırda “Aqos”un baş redaktoru olan Etyen Mahçupyan olduğunu bildirib. Bu zaman O. Samast “yox, telefon edən Cennifer Lopez idi”, deyib. Prosesə fasilə verildikdən sonra polisin müşayiəti ilə zaldan çıxan Y. Hayal “yaşasın Böyük Birlik Partiyası!” deyə qışqırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR