Türkiyə hökuməti Serj Sarkisyanın dəvətindən və bəyanatlarından məmnun qalıb

Türkiyə hökuməti Serj Sarkisyanın dəvətindən və bəyanatlarından məmnun qalıb
# 10 iyul 2008 12:46 (UTC +04:00)
Ankara APA. Rəsmi Ankara Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidenti Abdulla Gülə göndərdiyi məktubu alıb və hazırda dəvəti nəzərdən keçirir. APA-nın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında deyib. S. Sarkisyanın A. Gülü iki ölkə milli futbol komandalarının sentyabrda İrəvanda keçiriləcək matçına dəvət etməsi ilə bağlı sualı cavablandıran diplomat bildirib ki, Ankara Ermənistan prezidentinin “iki ölkə arasında normal münasibətlərin qurulmasından başqa alternativ yoxdur və qarşılıqlı əlaqələrə yeni start verilməlidir” şəklində bəyanatından xəbərdardır: “Biz də bu fikirlə razıyıq. Ermənistandakı seçkilərdən sonra məktub mübadiləsi olmuşdu və eyni məqamlar vurğulanmışdı. Əgər doğrudursa, Sarkisyanın bu ifadələrini məmnuniyyətlə qarşılayırıq”.
Xatırladaq ki, Ermənistan prezidenti ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibəsində Abdulla Gülün onun dəvəti əsasında İrəvana gəlişinin iki ölkə münasibətlərinin simvolik startı olacağını söyləyib. Onun fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: “Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR