Gürcüstan hava sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq
12 iyul 2008 11:30 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. Gürcüstan Rusiya hərbi təyyarələrinin yenidən ölkənin hava sərhədlərini pozacağı təqdirdə hava hücumundan müdafiə sistemlərindən istifadə edəcəyini və təyyarələri vuracağını bildirib. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin üzvləri, həmçinin müxalifət nümayəndələri bəyan ediblər. Deputat Georgi Tortladze həmkarlarını Gürcüstan hökuməti qarşısında bu təşəbbüslə çıxış etməyə çağırıb. Lakin məsələ ilə hələ rəsmi müraciətin edilməsinə dair qərar qəbul olunmayıb. Bəzi ekspertlərin rəyinə görə, Gürcüstan Rusiya təyyarələrinə qarşı istifadə etməyə tələb olunan müdafiə sistemlərinə malik deyil.
Gürcüstan Xarici İşlər Nazirliyi isə iyulun 11-də BMT-nin Təhlükəsizlik Şurasında gürcü-abxaz, gürcü-osetin konflikt zonalarında vəziyyətin kəskinləşməsi ilə bağlı məsələnin müzakirə edilməsi üçün təcili iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Avropa
Rusiya XİN ABŞ-nin nüvə silahı ilə bağlı Polşaya xəbərdarlıq edib
03:46
26 aprel 2024
Fransa Yunanıstandan hava hücumundan müdafiə sistemi istəyib
01:50
26 aprel 2024
Danimarka Ukraynaya hərbi yardımını 630,5 milyon dollar artıracaq
01:25
26 aprel 2024
Yunanıstan Ukraynaya S-300 göndərməyəcəyini bəyan edib
23:36
25 aprel 2024