ATƏT-in keçmiş sədri ölüb

ATƏT-in keçmiş sədri ölüb
# 14 iyul 2008 09:31 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Geremekin “Mercedes” markalı avtomobili naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və yük maşını ilə toqquşub. Xəsarət alan 76 yaşlı siyasətçi hadisə yerində keçinib.
Professor B. Geremek orta əsrlər tarixi üzrə mütəxəssis olub. 1980-ci illərdə məşhur “Solidarnost” hərəkatının lideri Lex Valensanın müşavirlər qrupuna rəhbərlik edib. 1981-ci və 1983-cü illərdə iki dəfə həbsdə yatıb. Polşada kommunizmin süqutundan sonra parlamentin deputatı seçilib və Seymin Xarici əlaqələr komissiyasının sədri olub. 1997-2000-ci illərdə xarici işlər naziri vəzifəsində çalışıb, Polşanın ATƏT-ə sədrliyi dövründə təşkilatın fəaliyyətdə olan sədri funksiyasını yerinə yetirib. 1998-ci ilin noyabrında Azərbaycanda səfərdə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR