Türkiyə ordusunun komandanlığı “”Ergenekon işi”nə müdaxilə etməyə qərar verib

Türkiyə ordusunun komandanlığı “”Ergenekon işi”nə müdaxilə etməyə qərar verib
# 14 iyul 2008 15:27 (UTC +04:00)
Ankara APA. Türkiyə ordusunun komandanlığı iyulun 1-də həbs edilmiş və terror təşkilatı qurmaqda ittiham edilən ordu generalları Şənər Əruyğur və Xurşid Tolonla bağlı mülki prokurorluqda aparılan istintaqla bilavasitə maraqlanmağa qərar verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, Baş Qərargahın Hərbi Prokurorluğu “”Ergenekon işi” ilə bağlı istintaqı aparan prokuror Zəkəriyyə Özə müraciət edərək Ş. Əruyğur və X. Tolonla bağlı istintaq materiallarını istəyib.
Xatırladaq ki, Z. Öz və istintaqı aparan daha iki prokurorun hazırladığı 2455 səhifəlik ittihamnamə bu gün açıqlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR