Türkiyənin cənub-şərqində 22 PKK terrorçusu məhv edilib

Türkiyənin cənub-şərqində 22 PKK terrorçusu məhv edilib
# 15 iyul 2008 11:58 (UTC +04:00)
Ankara APA. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində apardıqları hərbi əməliyyat zamanı 22 PKK terrorçusu məhv edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahı həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, iyulun 11-də Şırnak rayonu ərazisindəki İncəbel dağlarında bir qrup PKK-çının cəmləşdiyi və terror aksiyalarına hazırlaşdığı müəyyənləşdirilib və həmin terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanıb. Terrorçulara hərbi təyyarələr, vertolyotlar və toplar vasitəsilə zərbələr endirilib. Əməliyyat nəticəsində 22 terrorçu məhv edilib. Terrorçulara məxsus xeyli silah-sursat, qida və dərman ləvazimatları aşkarlanaraq götürülüb, PKK-çıların istifadə etdiyi sığınacaq və mağaralar dağıdılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR