Çeçenlər kürdlərə hücum edib

Çeçenlər kürdlərə hücum edib
# 25 iyul 2008 13:45 (UTC +04:00)
Oslo – APA. Norveçdə 40-50 nəfər çeçen qaçqın düşərgəsində qalan kürdlərə hücum edib.
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, hadisə paytaxt Oslo şəhərinin cənubunda Oestfold adlanan yerdə baş verib. Qaçqın düşərgəsinin səlahiyyətli şəxslərindən olan Ole Morten Linq bildirib ki, 40-50 nəfər əlizopalı çeçen düşərgəyə hücum edib və kürdləri otaqlardan çıxararaq döyüb. Yaralanan 23 kürd xəstəxanaya çatdırılıb. M. Linq hadisənin şəhərin mərkəzində çeçenlərlə kürdlər arasında baş vermiş münaqişədən qaynaqlandığını deyib. Norveç polisi olayla bağlı heç kimin həbs olunmadığını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR