Avropa Parlamenti Cənubi Qafqazdan keçən enerji dəhlizlərinin bütün zəruri vasitələrlə müdafiəsinə hazır olduğunu bəyan edib

Avropa Parlamenti Cənubi Qafqazdan keçən enerji dəhlizlərinin bütün zəruri vasitələrlə müdafiəsinə hazır olduğunu bəyan edib
# 03 sentyabr 2008 15:30 (UTC +04:00)
Brüssel-APA. Avropa Parlamenti Rusiyanın Gürcüstanın separatçı bölgələrinin müstəqilliyini tanıması qərarənə pisləyən qətnamə qəbul edib. APA-nın məlumatına görə, qətnamədə rəsmi Moskvadan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və Gürcüstan ərazisindən öz qoşunlarını çıxarmaq tələb olunur. Avropa parlamentinin deputatları Avropa Komissiyasını Rusiyaya münasibətdə siyasətinə yenidən baxmağa çağırıblar. Qətnamədə həmçinin Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində bu münaqişə zonalarına müşahidəçilər missiyasının göndərilməsinin labüdlüyü barədə müddəada öz əksini tapıb. Maraqlıdır ki, 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi hüququnun Rusiyadan alınması xahişi ilə Beynəlxalq Olimpiya Komitəsinə müraciətə dair təklif deputatların dəstəyini qazanmayıb. Qətnamə müəllifləri Gürcüstanı Beynəlxalq Cinayət Məhkəməsi barədə Roma sazişini ratifikasiya etməyə çağırıblar. Avropa Parlamenti həmçinin Cənubi Qafqazdan keçən enerji dəhlizlərinin bütün zəruri vasitələrlə müdafiəsinə hazır olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR