Abdullah Gül sentyabrın 20-dək Azərbaycana gələcək

Abdullah Gül sentyabrın 20-dək Azərbaycana gələcək
# 05 sentyabr 2008 10:19 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, rəsmi Ankara Azərbaycanın könlünü almaq üçün bir sıra addımlar atmağa hazırlaşır. Bu məqsədlə planlaşdırılan addımlardan biri prezident Abdullah Gülün yaxın bir-iki həftə ərzində Bakıya səfər etməsidir. Türkiyə mətbuatı səfərə hazırlıq prosesini davam etdiyini, Abdullah Gülün Bakı səfərinin ABŞ səfərindən əvvəl reallaşması üçün danışıqların aparıldığını yazır. Qeyd edək ki, Abdullah Gülün ABŞ səfəri sentyabrın 20-də gerçəkləşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR