PKK terrorçularına qarşı əməliyyatda 3 türk əsgəri şəhid olub, 3 hərbçi yaralanıb

PKK terrorçularına qarşı əməliyyatda 3 türk əsgəri şəhid olub, 3 hərbçi yaralanıb
# 06 sentyabr 2008 08:07 (UTC +04:00)
Şırnak-APA. Şırnakda PKK terrorçularının qurduğu minanın partlaması nəticəsində iki türk əsgəri şəhid olub. APA-nın məlumatına görə, dünən Türkiyə təhlükəsizlik qüvvələri Şırnakın dağlıq bölgəsində terrorçuların izinə düşmək üçün darama əməliyyatı keçirib. Əməliyyat zamanı bölüklərdən biri minalanmış əraziyə düşüb və iki türk əsgəri şəhid olub. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının digər bir məlumatına görə, Hakkaridə PKK terrorçularının qurduğu minanın partlaması nəticəsində daha bir türk əsgəri şəhid olub. Siirtin Balkan qəsəbəsində Türkiyə hərbi birləşmələri ilə PKK terrorçuları arasında baş verən atışmada 3 hərbçi yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR