Baş nazir müxalifət liderini məhkəməyə verib

Baş nazir müxalifət liderini məhkəməyə verib
# 23 oktyabr 2008 12:10 (UTC +04:00)
Ankara – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı haqqında məhkəmə iddiası qaldırıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan və AKP D. Bağçalının oktyabrın 14-də MHP-nin parlament qrupunun toplantısında çıxışçı zamanı təhqiredici ifadələr işlətdiyini iddia edərək ondan ümumilikdə 100 min türk lirəsi məbləğində təzminat istəyiblər. İddia ərizəsində bildirilir ki, MHP lideri çıxışında baş naziri və AKP-ni siyasi əxlaqsızlıq və alçaqlıqda, vətən torpaqlarını terror təşkilatına təhvil verməyə hazırlaşmaqda, vətənə xəyanətdə, separatçılığın siyasi uzantısı, terrorun mehmandarı olmaqda, separatçı təbliğatda, göz qamaşdırıcı sərvət sahibinə çevrilməkdə ittiham edib: “Bu ifadələr tənqid və söz azadlığının sərhədlərinin aşan ağır və haqsız hücumdur”. Ərizədə MHP liderinin R. T. Ərdoğan və AKP-yə ayrı-ayrılıqda 50 min lirə təzminata məhkum edilməsi tələb olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR