Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
# 12 noyabr 2008 16:01 (UTC +04:00)
Kayseri – APA. Türkiyənin Kayseri bölgəsində zəlzələ baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 16.03-də baş verib və 4,9 bal gücündə olub. Episentr Kayseri şəhərinin 16 kilometrliyində yerləşən Kocasinan qəsəbəsinin Günəşli kəndi ərazisinə təsadüf edib. Şəhər mərkəzində və ətrafında hiss edilən təkanlar insan itkisinə səbəb olmayıb. Sadəcə, Kayseri şəhərində bəzi tikililərin divarlarında çat yaranıb. Panikaya düşən insanlar evlərindən və iş yerlərindən bayıra çıxıblar. Orta məktəb şagirdləri evakuasiya edilib. Hər kəs telefonla yaxınına zəng etmək istədiyindən xətlər bir müddət tıxanıb, cib telefonları işləməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR