ATƏT Parlament Assambleyasının qış sessiyasında Avropada təhlükəsizlik məsələsi müzakirə olunacaq

ATƏT Parlament Assambleyasının qış sessiyasında Avropada təhlükəsizlik məsələsi müzakirə olunacaq
# 16 fevral 2009 11:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT Parlament Assambleyasının fevralın 19-20-də keçiriləcək qış sessiyasında Avropada təhlükəsizlik məsələsi müzakirə olunacaq. APA-nın məlumatına görə, 8-ci sessiyada 270-dən çox parlamentar iştirak edəcək. ATƏT-ə sədrlik edən Yunanıstanın xarici işlər naziri Dora Bakoyanninin açılış nitqi ilə başlayacaq toplantıda Avropada təhlükəsizliyə dair Rusiya və Fransa prezidentləri tərəfindən irəli sürülən təkliflər müzakirə ediləcək. Bu mövzuda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qluşko, Fransa XİN-in siyasi və təhlükəsizlik məsələləri üzrə direktor müavini Veronika Bujon-Bare və ATƏT PA-nın prezidenti Joao Suaresin məruzələri dinlənəcək. ATƏT PA-nın vitse-prezidenti, gender məsələləri üzrə xüsusi nümayəndə Toni Tinsqaard və Panos Kamenos isə “Piratçılıq təhlükəsizliyə yeni təhdid kimi” mövzusunda çıxış edəcəklər.

Sessiya çərçivəsində Qazaxıstanın 2010-cu ildə təşkilata sədrliyi ilə bağlı bu ölkə nümayəndə heyətinin təqdimatı da olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR