ABŞ vətəndaşlarının Aİ ölkələrinə girişinə icazə veriləcək

ABŞ vətəndaşlarının Aİ ölkələrinə girişinə icazə veriləcək
# 16 iyun 2021 12:49 (UTC +04:00)

ABŞ vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinin ərazisinə girişinə icazə veriləcək.

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın DPA agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün Aİ səfirlərinin iclasında bu barədə razılığa gəlinib. Aİ səfirləri COVID-19 pandemiyası ilə əlaqədar ABŞ və digər 7 ölkəyə qarşı tətbiq olunan səyahət məhdudiyyətlərini aradan qaldırmaq barədə razılaşıblar.

ABŞ-dan əlavə Albaniya, Livan, Şimali Makedoniya, Serbiya, Tayvan, Honkonq və Makaonun vaksin vurdurmayan vətəndaşları da Aİ-yə səfər edə biləcək.

Qeyd edək ki, Yaponiya, Avstraliya, İsrail, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailand da bu siyahıya daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR