Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell ABŞ-a səfər edəcək

Cozep Borrell

© APA | Cozep Borrell

# 13 oktyabr 2021 14:29 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ-a səfər edəcək.

APA-nın xəbərinə görə, Aİ-nin Ali Nümayəndəsi oktyabrın 13-dən 15-dək Vaşinqtonda səfərdə olacaq.

O, bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə Aİ ilə ABŞ arasındakı əlaqələr, transatlantik gündəm və beynəlxalq vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, bu, ABŞ-da yeni administrasiyanın vəzifəyə başlamasından bəri Cozep Borrellin Vaşinqtona ilk rəsmi səfəri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR