Aİ sammitində Türkiyə ilə bağlı müzakirələr aparılıb

Aİ sammitində Türkiyə ilə bağlı müzakirələr aparılıb
# 25 iyun 2021 03:11 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) liderləri Aİ komissiyasından Türkiyə və regiondakı digər ölkələrdə olan suriyalı qaçqınlar üçün veriləcək maddi dəstəklə bağlı rəsmi təklifi təxirə salmadan tezliklə təqdim olunmasını istəyib.

APA-nın Türkiyə bürosunun Türkiyə mətbuatına istinadla xəbərinə görə, iyunun 25-də Aİ sammitində liderlər Türkiyə ilə miqrasiya, sağlamlıq, iqlim, terrorla mübarizə və regional məsələlərdə yüksək səviyyəli dialoq hazırlıqlarının zəruriliyi vurğulanıb.

Aİ liderlərinin Aİ ilə Türkiyə arasındakı Gömrük İttifaqının yenilənməsinə icazə verilməsi üçün texniki işlərin başlanması qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR