Almaniyada polisi bıçaqla silahlanmış şəxsə atəş açaraq öldürüb

Almaniyada polisi bıçaqla silahlanmış şəxsə atəş açaraq öldürüb
# 29 may 2021 03:16 (UTC +04:00)

Almaniyanın Hamburq şəhərində bıçaqla silahlanmış şəxs polisin keçirdiyi əməliyyat zamanı güllələnib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları “Twitter”də məlumat yayıb.

Hadisə şəhərin şimal hissəsində baş verib. Naməlum kişi avtomobilləri saxlayaraq sürücüləri bıçaqla hədələyib. Çağırışa gələn polis əməkdaşları onu əvvəlcə bibər qazı ilə zərərsizləşdirməyə çalışıblar. Lakin polislərdən biri atəş açaraq təcavüzkarı ölümcül yaralayıb.

Hadisə ilə bağlı istintaq aparılır, öldürülən şəxslərin motivləri və şəxsiyyəti dəqiqləşdirilir. Onun hərəkətlərində terror motivlərin olması istisna edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR