Almaniyada sel nəticəsində ölənlərin sayı 100-ü ötüb - YENİLƏNİB

Almaniyada sel nəticəsində ölənlərin sayı artır

© APA | Almaniyada sel nəticəsində ölənlərin sayı artır

# 16 iyul 2021 16:31 (UTC +04:00)

Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın qərbində - Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya federal torpaqlarında sel nəticəsində həyatını itirənlərin sayı 103 nəfərə çatıb.

Reynland-Pfalz federal torpağının Baş naziri Malu Dreyer deyib ki, hər saat ağır xəbərlər gəlməyə davam edir.

Şimali Reyn-Vestfaliyanın Baş naziri vəziyyəti fəlakət kimi xarakterizə edib.
Hər iki federal torpağın rəsmiləri vəziyyətin qiymətləndirilməsinin çətin olduğunu və qurban sayının artmağa davam edəcəyindən narahatlıqlarını dilə gətiriblər.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer gələcəkdə bu cür fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə ehtiyac olduğunu vurğulayıb: “Yalnız iqlim dəyişikliyinə qarşı mübarizəni qətiyyətlə davam etdirsək, yaşadığımız bu kimi ekstremal hava şəraitinin qarşısını ala bilərik”.

***

saat 11:31

Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.

APA-nın ARD-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın qərbində - Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya federal torpaqlarında sel nəticəsində həyatını itirənlərin sayı 81 nəfərə çatıb.

Reynland-Pfalz federal torpağının baş naziri Malu Dreyer ZDF-yə açıqlamasında zərərin miqdarının ağlasığmaz olduğunu bildirib.

"İtkilər artmaqda davam edir. Ölkəmiz heç vaxt buna bənzər bir şey görməyib",- deyə o bildirib.

Reynland-Pfalz daxili işlər naziri Roger Leventz "Deutschlandfunk"a bildirib ki, axtarışlar zamanı daha çox cəsədin tapılacağı gözlənilir.

O, itkin düşdüyü bildirilən 1300 nəfərin hamısının itkin olmadığına əminliyini bildirib.

"Yağış və sel nəticəsində kommunikasiya vasitələri işləmir, insanlar evlərini tərk ediblər, onlarla əlaqə saxlamaq olmur", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR