Almaniyanın gələcək kansleri Ukrayna-Rusiya sərhədində baş verənlərdən narahatdır

Olaf Şolts

© APA | Olaf Şolts

# 07 dekabr 2021 14:52 (UTC +04:00)

Berlin Ukrayna sərhədindəki vəziyyətdən narahatdır və Kiyev üçün yaradılan təhlükə qəbuledilməz ssenari olacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın gələcək kansleri Olaf Şolts deyib.

"Təbii ki, biz də Almaniyada Avropa və ABŞ-dakılar kimi Ukrayna sərhəddində müşahidə olunan hərbi qüvvələrin hərəkətini narahatlıqla izləyirik. Aydın olmalıdır ki, Ukrayna üçün təhdid yaranarsa, bu qəbuledilməz situasiya olacaq", - deyə o bildirib.

Almaniyanın gələcək kansleri vurğulayıb ki, onun ölkəsi Avropa İttifaqı və Şimali Atlantika Alyansı çərçivəsində əməkdaşlığa sadiq qalır.

"Biz Almaniyanın güclü və suveren Avropa İttifaqı yaratmaq səylərini davam etdirəcəyik".

O. Şolts əlavə edib ki, yeni hökumət NATO çərçivəsində transatlantik tərəfdaşlığa və əməkdaşlığa önəm verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR