Ankara dəmiryol stansiyasının yaxınlığında yanğın olub

Ankara dəmiryol stansiyasının yaxınlığında yanğın olub

© APA | Ankara dəmiryol stansiyasının yaxınlığında yanğın olub

# 04 avqust 2021 13:39 (UTC +04:00)

Ankarada dəmiryol stansiyası yaxınlığında yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ankara valisi Vasip Şahin bildirib.

Onun sözlərinə görə, Ankaranın yüksək sürət qatarları stansiyasının binası (Ankara YHT Gar) yaxınlığındakı tikintidə başlayan yanğın xilasedicilərin müdaxiləsilə nəzarətə alınıb.

Vasip Şahin hazırda yanğının tamamilə söndürülməsi üçün fəaliyyətlərin davam etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR