ATƏT sədri Moldovaya səfər edəcək

Ann Linde

© APA | Ann Linde

# 05 oktyabr 2021 11:54 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Moldovaya səfər edəcək.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər oktyabrın 6-da baş tutacaq.

ATƏT sədri Moldova Prezidenti Maya Sandu, Baş nazir Natalia Qavrilita, Baş nazirin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku və Baş nazirin Reinteqrasiya üzrə müavini Vlad Kulminski ilə danışıqlar aparacaq.

O, Tiraspolda tanınmamış Dnestryanının lideri Vadim Krasnoselski və baş məsləhətçi Vitali İqnatievlə görüşəcək.

Ann Linde vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüş keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR