Avstriya kanslerinə "AstraZeneca" peyvəndi vurulub

Sebastian Kurts

© APA | Sebastian Kurts

# 05 iyun 2021 13:58 (UTC +04:00)

Avstriya kansleri Sebastian Kurts yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin ofisi məlumat yayıb.

Bildirilib ki, S.Kurts "AstraZeneca" peyvəndi vurdurub.

Avstriya kansleri əhalini könüllü şəkildə kütləvi vaksinasiya kampaniyasında iştirak etməyə çağırıb.

Qeyd edək ki, Avstriyada 2020-c-i ilin dekabrından etibarən əhalinin COVID-19-a qarşı vaksinasiyasına başlanıb. Vaksinasiyada "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca" peyvəndlərindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR