Bayden və Makron G7 çərçivəsində Rusiya və Çini müzakirə ediblər

Bayden və Makron G7 çərçivəsində Rusiya və Çini müzakirə ediblər

© APA | Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Co Bayden

# 13 iyun 2021 07:31 (UTC +04:00)

G7 sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla görüşüb. Görüş zamanı tərəflər NATO-nun müasirləşdirilməsini, həmçinin Rusiya və Çinə qarşı siyasətlərini müzakirə ediblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər xüsusilə iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə və transatlantik ittifaqa sadiq olduqlarını təsdiqləyiblər.

“Prezident Bayden və prezident Makcron NATO-nun gücləndirilməsi və modernləşdirilməsinə dair işləri, eləcə də terrorla mübarizədə sıx əməkdaşlığı, Çin və Rusiya kimi digər ümumi xarici siyasət prioritetlərini müzakirə ediblər”, - məlumatda belə deyilir.

G7 sammiti 11-13 iyun tarixlərində İngiltərənin cənubundakı Kornuoll qraflığında keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR