Blinken: “Rusiya ilə strateji sabitliyə dair müzakirələrdə Avropanın marağı nəzərə alınır”

Entoni Blinken və Jan İv Le Drian

© APA | Entoni Blinken və Jan İv Le Drian

# 25 iyun 2021 15:30 (UTC +04:00)

“Strateji stabillik və silahlara nəzarətlə bağlı danışıqlar gündəmə gələndə biz sadə bir prinsipi rəhbər tuturuq: Sizin, Avropanın iştirakı olmadan heç nə ola bilməz”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken fransalı həmkarı Jan İv Le Drianla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Rusiya ilə strateji sabitliyə dair müzakirələrimizdə Avropanın marağı nəzərə alınır və bu danışıqlar davam edərsə, biz bu məsələdə Fransa və Avropadakı digər həmkarlarımızla hər zaman yaxın təmasda olacağıq”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR